“Apple” şirkəti “iPhone 17” mobil telefonunun təqdimatına hazırlaşır.
1xeber.media məlumatına görə, şirkət sentyabrın 9-da xüsusi tədbir keçirəcəyinin anonsunu verib.
Kaliforniya ştatının Kupertino şəhərində keçiriləcək tədbirdə şirkətə məxsus “iPhone 17” mobil telefonunun müxtəlif modellərinin ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
Şirkətin bu dəfə, həmçinin, daha incə “iPhone 17 Air” modelini satışa çıxaracağı deyilir.