Bəşər Əsəd rejiminin devrilməsi Türkiyədə məskunlaşan suriyalı qaçqınların sevincinə səbəb olub.
1xeber.media xəbər verir ki, müxalifətin Dəməşqə daxil olmasından sonra Türkiyədə yaşayan suriyalılar küçələrə axışıblar.
Ayrı-ayrı şəhərlərdə mərkəzi meydanlara toplaşan suriyalılar Əsədin devrilməsinin çılğınlıqla bayram edirlər.