Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qalıb.
1xeber.media xəbər verir ki, bu barədə çərşənbə axşamı, dekabrın 17-də Bild qəzeti yazır.
Nəşr qeyd edir ki, şənbə günü (dekabrın 14-də) Almaniya Daxili İşlər Nazirliyinin saytına kiberhücum olub.
Nəticədə səhifə bir neçə saat ərzində əlçatan olmadı."Federal İnformasiya Texnologiyaları Mərkəzinin (ITZ) təhlili göstərdi ki, Daxili İşlər Nazirliyinin saytının qısa müddət ərzində əlçatmaz olmasının səbəbi DDoS hücumu olub", - departamentin nümayəndəsi bildirib.