Donald Tramp ABŞ Prezidenti kimi vəzifəsinin icrasına başladı. O, 4 il müddətinə Birləşmiş Ştatların rəhbəri kimi fəaliyyət göstərəcək. Artıq andiçmə mərasimi başa çatıb və Trampın ilk sərəncamları, eləcə də dövlət başçısı kimi siyasətini bəlli edəcək addımları açıqlanıb.
Baku TV-nin efirində İsmayıl Yaşaroğlunun təqdimatında yayımlanan “Baku analitik” verilişində siyasi yazar Azər Ayxan və politoloq Sahil İsgəndərov bu və digər mövzularda fikir mübadiləsi aparıblar. Müzakirələrdə əsas fikir Trampın Amerika materikinə yeni müharibələr vəd etməsi olub. Onun Qrenlandiyanı, Panamanı işğal edəcəyi və Kanadaya ərazi iddiası irəli sürməsi yeni konflikt ocaqlarının yaranacağını istisna etmir. Müzakirələrdə də bu fikir üstünlük təşkil edib. Bildirilib ki, Tramp Amerika materikinə yeni iqtisadi, siyasi və hərbi müharibə vəd edir.
Verilişin videosunu təqdim edirik: