Fransa Çaddakı son hərbi bazasını tərk edərək, ölkə rəhbərliyinə təhvil verib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Fransız qoşunları Çaddakı Fransanın son hərbi obyekti olan N'Camena bazasını tərk edib. Bazanın təhvil verilməsi Fransanın ölkədəki hərbi mövcudluğunun sona çatması deməkdir.
Yanvarın 1-də Fransa hərbi qulluqçularının Afrika dövlətini tərk etməsi ilə bağlı Çadda rəsmi mərasim keçiriləcək.
Dekabrda daha əvvəl Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini pozan Çad rəhbərliyi fransız qoşunlarının 2025-ci il yanvarın 31-dək ölkəni tərk etmələrini tələb edib.