1xeber.media xəbər verir ki, Ukraynadan olan 18-64 yaş arası kişilərə sığınacaq verilməsi ilə bağlı qərarların sayı 1 milyonu ötüb.
Eurostat 2022-ci ilin mart ayından etibarən təsdiq edilmiş müraciətlərin sayı barədə məlumatları milliyyət, cins və yaş qrupuna görə dərc edir.
Qeydiyyata alınan qaçqınların bəziləri Aİ-dən köçmə, vətəndaşlığa keçmə və digər səbəblərə görə siyahılardan çıxarılıb. Hərbi yaşda olan 913 min kişi eyni statusda (2024-cü ilin sonuna) Aİ-də qalmağa davam edir.
Kiyevin tətbiq etdiyi yetkin kişilər üçün səyahət məhdudiyyətlərinə baxmayaraq, onların Aİ-də sayı 2022-ci ilin sonu ilə müqayisədə 300 min nəfər artıb.
Onların ukraynalı qaçqınların ümumi sayındakı payı da (Avrostatın məlumatına görə 4,33 milyon nəfər) artır. 2024-cü ilin sonuna 21,1% (2022-ci ilin dekabr ayı ilə müqayisədə 5% çox) təşkil edib.