Ağ Evdə Ukrayna münaqişəsinin necə həll ediləcəyi ilə bağlı fikir ayrılığı var.
1xeber.media xəbər verir ki, bu barədə çərşənbə günü, fevralın 5-də NBC News rəsmilərə istinadən məlumat yayıb.
“ABŞ Prezidenti Donald Trampın müşavirləri və onun kabinet üzvlərinin fikirlərində fikir ayrılığı var”, - telekanalın nəşrində deyilir.
Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Amerika liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Rusiyaya təzyiq etmək istədikləri vurğulanır. Digərləri isə Ukrayna tərəfinə yardımın kəsilməsinin tərəfdarıdır.
NBC telekanalına müsahibəsində Kelloq bildirib ki, Trampın komandası Ukraynadakı münaqişəni dayandırmaq üçün “Amerika gücü”nün bütün rıçaqlarından istifadə edə bilər.