Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Natalya güllələnib.
1xeber.media xəbər verir ki, bu barədə mənbə bildirib.
Mənbənin sözlərinə görə, qətlə yetirilən şəxslərin nəvəsi saxlanılıb. “112” Telegram kanalının aydınlaşdırdığı kimi, o, cinayəti törətməkdə şübhəli bilinir.
“Hazırda müstəntiqlər onunla işləyirlər. Qətlin motivləri araşdırılır”, - deyə məlumatda bildirilir.