Rumıniya Prezidenti Klaus Yohannis istefa verəcəyini açıqlayıb.
1xeber.media “Sputnik Moldova”ya istinadən xəbər verir ki, o, dövlət başçısı postunu fevralın 12-də tərk edəcəyini bildirib.
Yohannisin sözlərinə görə, ölkə vətəndaşlarını böhrandan azad etmək üçün bu addımı atmağa qərar verib.
Qeyd edək ki, Rumıniya parlamenti fevralın 11-də ümumi plenar iclas zamanı Klaus Yohannisin hakimiyyətdən uzaqlaşdırılmasına dair müxalifət tərəfindən irəli sürülən məsələni müzakirə edəcəkdi.
Onu da bildirək ki, Yohannisin səlahiyyət müddəti ötən il dekabrın 21-də başa çatsa da, onu bu postda əvəz edəcək xələfi yoxdur. Buna səbəb isə ötən ilin noyabrında baş tutan prezident seçkilərinin birinci turunun nəticələrinin ləğv edilməsi olub. Bu seçkilər zamanı isə Qərbdə Rusiyayönümlü namizəd hesab edilən Kelin Corcesku lider idi. Bunun ardınca, mayın 4-də yenidən prezident seçkilərinin keçirilməsinə qərar verilmişdi.