1xeber.media xəbər verir ki, Rumıniyanın müxalifət partiyası olan Rumınların Birləşməsi Alyansının (AUR) lideri George Simion ölkə prezidenti Klaus İohannisin istefa vermək qərarını müxalifətin qələbəsi adlandırıb.
"Bu, qələbədir! İndi ikinci turun vaxtıdır”, - Simion özünün Facebook səhifəsində yazıb.
Günün əvvəlində İohannis fevralın 12-də istefa verəcəyini açıqlamışdı. Onun mandatı 2024-cü il dekabrın 21-də başa çatıb. O, 4 may 2025-ci il seçkilərində yeni prezident seçilənə qədər vəzifəsini icra etməli idi.