Elm və təhsil nazirliyinin, Nərgiz Fondunun dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 11 fevral- Elmdə Qadın və Qızların Beynəlxalq Günü adlı tədbir keçirilib.
1xeber.media xəbər verir ki, tədbirin əsas məqsədi qızları və gənc qadınları elmi sahələrə təşviq etmək, onların uğurlarını vurğulamaq və bu istiqamətdəki çağırışları müzakirə etmək olub.
Tədbirdə dövlət rəsmiləri, elm və təhsil sahəsində ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri və gənc iştirakçılar bir araya gəlib.
Tədbir rəsmi çıxışlarla başlayıb. "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov, Elm və Təhsil Nazirliyinin əməkdaşı Ayla Həsənova və "Azərbaycan Qadınları Elmdə" Təşkilatının təsisçisi Günel Ağabəyli açılış nitqlərində qızların elmdə daha fəal iştirak etmələrinin vacibliyini vurğulayıblar.
Daha sonra tədbir çərçivəsində xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirin növbəti hissəsi təlim sessiyasından ibarət olub.
Ekspert Kamran Qasımovun rəhbərlik etdiyi "Keçmişdən gələcəyə: qadınların innovasiyada rolu" adlı interaktiv qrup işində iştirakçılar qadınların elm və texnologiyada keçmiş və indiki dövrdəki töhfələrini təhlil edilib.
Sonda isə STEAM İnnovasiya Mərkəzinə təşkil edilən ekskursiya çərçivəsində gənclər müxtəlif elmi və innovativ layihələrlə tanış olublar.