ABŞ və Avropa İttifaqı Abxaziya və Cənubi Osetiyaya təzyiq göstərməyə çalışır.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin müsahibəsində bildirib.
“Vaşinqton və Brüssel hətta ən yaxın müttəfiqlərimizə – Abxaziya və Cənubi Osetiyaya da təzyiq göstərməyə çalışır”, - o qeyd edib.
Diplomat əlavə edib ki, Rusiyanın regionda əsaslı şəkildə fərqli məntiqi və məqsədləri var.
Bundan əvvəl Mixail Qaluzin bəyan etmişdi ki, Rusiya Qərb ölkələrinin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək planlarını rədd edir. Onun sözlərinə görə, Moskva regionu xaosdan qorumaq və çiçəklənmə zonasına çevirmək üçün hər şeyi edəcək.
Bundan əvvəl Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, Qərb Ermənistanı Rusiya və onun iştirak etdiyi assosiasiyalarla əlaqələri kəsməyə təhrik edir.