Estoniya və Litva yüksək vəzifəli gürcü məmurlarına qarşı sanksiyalar tətbiq etməklə müstəqilliklərinin olmadığını sübut etdilər.
1xeber.media xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Baltikyanı ölkələrin suverenliyi yoxdur.
“Estoniya və Litva ölkəmizin yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib. Bu, qətiyyən ciddi deyil və yalnız bu ölkələrin suveren şəkildə idarə olunmadığını sübut edir. Bu dövlətlərin suveren hökumətləri yoxdur və onlar sifarişlə hərəkət edirlər”, - Gürcüstan hökumətinin başçısı bildirib.
O əlavə edib ki, eston xalqı ilə dostluq naminə Tbilisi Tallinnlə birtərəfli müsbət münasibətlər rejimində qalacaq.
Kobaxidze bir qədər əvvəl Gürcüstanın Küveytlə yaxın dostluğa əsaslanan münasibətlər qurmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Tbilisi Küveytlə müxtəlif sahələrdə əlaqələri dərinləşdirəcək.