Rusiya və ABŞ dünən Ər-Riyadda keçirilən ikitərəfli danışıqları müsbət və konstruktiv adlandırıblar.
1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik”ə açıqlamasında deyib.
“Ən vacibi odur ki, təmas baş tutub və hər iki tərəf bunu müsbət, konstruktiv qiymətləndirir”, – o bildirib.
Zaxarova qeyd edib ki, bunlar sıradan danışıqlar və görüş deyil:
“Üç ildir bu ölkələr arasında əlaqə yox idi, çünki əvvəlki administrasiya (Co Bayden – red.) ünsiyyəti tamamilə bloklamışdı”.
Qeyd edək ki, ötən gün ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda görüş keçirib. Danışıqlar zamanı masada Ukrayna münaqişəsinin həlli məsələsinin olduğu bildirilib.