Almaniya Ukraynaya Avropa ölkələri arasında ən böyük məbləğdə 40 milyard avro yardım edib.
1xeber.media xəbər verir ki, bunu “El Pais” nəşrinə müsahibəsində Almaniyanın xüsusi tapşırıqlar üzrə naziri Volfqanq Şmidt deyib.
“Qaçqın xərcləri də daxil olmaqla, biz 40 milyard avro xərcləmişik. Əgər ABŞ bizim iqtisadiyyatımıza uyğunlaşmaq istəsəydi, bu rəqəmi dörd dəfə artırmalı olacaqdı”.
Şmidtin sözlərinə görə, Ukrayna münaqişəsinin başlanğıcında Almaniyanın Kiyevin ehtiyaclarını ödəmək üçün kifayət qədər böyük müdafiə sənayesi yox idi. O əlavə edib ki, Almaniya kimi "zəngin ölkə üçün belə" belə vəsait toplamaq ciddi problemdir.
Fevralın 19-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynaya dəstək üçün avropalı müttəfiqlərindən xeyli çox vəsait ayırıb. O vurğulayıb ki, Kiyevə yardımın məbləği bərabərləşdirilməlidir, çünki Avropa təxminən 100 milyard, ABŞ isə 300-dən çox vəsait ayırıb.