Bolqarıstan Milli Assambleyası öz qoşunlarının Ukraynadakı münaqişədə iştirak imkanlarının məhdudlaşdırılması haqqında bəyannamə qəbul edib.
1xeber.media xəbər verir ki, parlamentin 166 üzvü bu qərarı dəstəkləyib, ancaq “Vozrojdenie” partiyasının üzvləri onun əleyhinə çıxış edərək, sənəddə qadağanın daha aydın ifadəsini tələb etdiyini bildiriblər.
İki saata yaxın davam edən debat parlamentin rəsmi saytında yayımlanıb. Bəyannamədə Bolqarıstan silahlı qüvvələrinin Ukraynada NATO müttəfiqlik öhdəlikləri və Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində digər beynəlxalq öhdəlikləri çərçivəsindən kənara çıxan hərbi əməliyyatlarda iştirak etməyəcəyi nəzərdə tutulur.
“Bəyannamənin məqsədi Bolqarıstan vətəndaşlarını sakitləşdirmək və bir dənə də olsun Bolqarıstan əsgərinin Ukraynaya göndərilməyəcəyini vurğulamaqdır”, - “Belə bir xalq var” partiyasının parlament qrupunun sədr müavini Stanislav Balabanov izah edib.