ABŞ prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri, general Çarlz Braunu vəzifəsindən azad edib.
1xeber.media xəbər verir ki, bu barədə o, Truth Social səhifəsində məlumat verib.
Tramp Brauna ABŞ-da 40 ildən artıq xidmətinə görə təşəkkür edib və ona böyük gələcək arzulayıb. Siyasətçi keçmiş Baş Qərargah rəisini gözəl centlmen və görkəmli lider adlandırıb.
Eyni zamanda Tramp Braunun vəzifəsini general Den Keynin üzərinə götürəcəyini bildirib. O, təcrübəli pilot və milli təhlükəsizlik eksperti olduğunu deyir. Bundan əlavə, Keyn uğurlu sahibkar və idarələrarası və xüsusi əməliyyatlar sahəsində əhəmiyyətli təcrübəyə malik “döyüşçü”dür.
Daha əvvəl bildirilmişdi ki, Pentaqonun rəhbəri Pit Heqset yüksək rütbəli generalları və admiralları işdən çıxarmağı düşünür, onlardan bəziləri müxtəliflik və inklüzivlik təşəbbüslərini müdafiə edir və ya Trampın mövqeyinə zidd fikirlər söyləyirdilər.