Ağ Evdə Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşən ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı sülh razılaşmasının mümkünlüyünə əmin olduğunu bildirib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Jurnalistlər ABŞ rəhbərindən Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olub-olmayacağı ilə bağlı sual veriblər. "Bəli" deyə Tramp cavab verib.
Daha əvvəl Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə təmaslardan sonra böhranın həllinə ümid etdiyini bildirib.
Rusiya-Amerika danışıqları fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.