ABŞ prezidenti Donald Tramp ingilis dilinin rəsmi dövlət dili olması haqqında sərəncam imzalayacaq.
1xeber.media xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) məlumat yayıb.
Məqalədə deyilir: “Təxminən 250 illik tarixində ABŞ-ın heç vaxt federal səviyyədə milli dili olmayıb”.
Trampın qərarının keçmiş prezident Bill Klintonun agentliklərdən və federal maliyyə alan digər şəxslərdən ingiliscə bilməyənlərə dil yardımı göstərməsini tələb edən sərəncamını ləğv edəcəyi gözlənilir.