Xəbər verdiyimiz kimi, Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens arasında keçirilən görüşdə ciddi mübahisə yaranıb.
1xeber.media xəbər verir ki, Tramp danışarkən, Zelenski müdaxilə etmək üçün icazə istəyib. Əvəzində Trampdan sərt cavab alıb.
Zelenski: Söz deyə bilərəmmi, cənab prezident?
Tramp: Yox, siz artıq çox danışmısınız!
Qeyd edək ki, uzun mübahisədən sonra jurnalistlər otaqdan çıxarılıb. Hazırda görüş qapalı davam edir