ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenskinin mətbuat konfransı mübahisədən sonra ləğv edilib.
1xeber.media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Mətbuat konfransı ləğv edilib", - məlumatda deyilir. Qeyd olunur ki, Zelenski artıq Ağ Evi tərk edir.
Bundan əvvəl Tramp Zelenskiyə “milyonlarla insanın həyatı ilə oynadığını” və Vaşinqtona qarşı hörmətsizlik etdiyini demişdi. "Sizin etdikləriniz ölkəyə, bu ölkəyə qarşı çox hörmətsizlikdir" deyə ABŞ prezidenti gileylənib.
Tramp Zelenski ilə mübahisəyə də münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, belə şəraitdə danışıqlar aparmaq son dərəcə çətin olacaq.