Ukrayna prezidenti Vladimir Zelenski martın 2-də Böyük Britaniya kralı Çarlzla görüşəcək.
1xeber.media xəbər verir ki, xəbər verir ki, bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib.
Açıqlamaya görə, Zelenski Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşünə Moskva vaxtı ilə saat 20:15-də başlayıb və martın 2-də Londonda hakim monarx və Kiyevin bir qrup avropalı müttəfiqi ilə görüşəcək.
Ukrayna və Britaniya tərəfləri arasında görüşün dəqiq harada keçiriləcəyi qeyd olunmayıb.
Zelenskinin təyyarəsi Londona martın 1-də səhər gəlib. Bundan əvvəl Zelenski ABŞ-da olub və orada Amerika prezidenti Donald Trampla danışıqlar aparıb və bu danışıqlar qalmaqalla bitib.