Böyük Britaniyanın baş naziri Keir Starmer NATO Nizamnaməsinin 5-ci maddəsinə istinad etmək üçün Ukraynaya qoşun göndərmək niyyətindədir.
1xeber.media xəbər verir ki, bu barədə National Interest (NI) jurnalı məlumat yayıb.
Məqalədə bildirilir ki, Şimali Atlantika Alyansının üzvü olan ölkəyə üçüncü tərəf silahlı hücumu baş verərsə, digər NATO-ya üzv dövlətlər köməyə gəlməlidir. Beləliklə, bir ölkəyə edilən hücum hamıya edilən hücum kimi qiymətləndiriləcək.
“Aydın plan rusları Britaniya ordusuna və ya texnikasına çoxsaylı zərbələr endirməyə məcbur etmək və Londonun 5-ci maddənin tətbiqi ilə bağlı çağırışlarına haqq qazandırmaqdır”, - hesabatda deyilir.
Qeyd olunur ki, Starmer həmçinin Ukrayna ordusunun müdafiə büdcələrinin kəsilməsi fonunda Ukraynada qarşılaşacağı çətinlikləri anlayır. NI-nin məlumatına görə, baş nazir ABŞ-ı münaqişəyə cəlb etməyə cəhd edəcək.