Moskvanın Çertanovo rayonunda yerləşən “Kolumbus” ticarət mərkəzi təxliyyə edilib.
1xeber.media xəbər verir ki, bu barədə “Ehtiyatlı ol, Moskva” Telegram kanalı məlumat yayıb.
Hazırda evakuasiyanın səbəbləri məlum deyil.
Bundan əvvəl Rostov-na-Donuda yanğınla bağlı xəbərlər yayılmışdı. Hadisə “Orbita” ticarət mərkəzində baş verib. Yanğın üçüncü mərtəbədəki mağazada başlayıb. 100 nəfər təxliyə edilib. Yanğının söndürülməsində 38 nəfər və 10 texnika iştirak edib.