1xeber.media xəbər verir ki, Rusiyanın xalq artisti, rusiyalı estrada müğənnisi Filipp Kirkorovun atası Bedros Kirkorovun dəfn mərasiminin vaxtı və yeri məlum olub.
Mənbənin məlumatına görə, ifaçı cümə günü, martın 21-də Moskvanın Troekurovskoye qəbiristanlığında dəfn olunacaq.
Daha əvvəl Filipp Kirkorovun nümayəndəsi Yekaterina Uspenskaya müğənninin atasının evdə, ailəsinin əhatəsində dünyasını dəyişdiyini bildirib.
Bedros Kirkorovun 92 yaşı var idi. Oğlu Filip sosial şəbəkədə ölümünü açıqladı: “Mən artıq uşaq deyiləm. Bu gün, 18 mart 2025-ci il, saat 15:37-də atam dünyasını dəyişdi”.