Leninqrad vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb, ekipaj həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə martın 18-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Təyyarə insanların məskunlaşdığı yerlərdən uzaqda, boş ərazidə qəzaya uğrayıb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib”, - məlumatda deyilir.
Hazırda qəza yerində xilasetmə qrupu işləyir və Rusiya Aerokosmik Qüvvələrinin (VKS) komissiyası da ora göndərilib.