Ukraynadakı silahlı münaqişənin həlli ABŞ və Rusiya arasında “nəhəng iqtisadi” sövdələşmələr vəd edir və Amerika tərəfi üçün faydalıdır.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitin X sosial media hesabında dərc etdiyi press-relizdə məlumat verilib.
“Hər iki lider ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdığı gələcəyin böyük potensiala malik olması barədə razılığa gəldilər. Bura iqtisadi əməliyyatlar da daxildir”, - deyə məlumatda bildirilir.
Əlavə olaraq qeyd edilir ki, hər iki tərəfin fikrincə, Rusiya ilə ABŞ arasında əməkdaşlıq həm də dünyaya “geosiyasi sabitlik” gətirəcək.
Daha əvvəl Putin Trampla telefon danışığı zamanı Ukraynada atəşkəslə bağlı bir sıra “əhəmiyyətli məqamlara” diqqət çəkib. Əsas risklərdən biri Ukraynanın Moskva ilə əlaqə qurmaq istəməməsi və Kiyevin razılığa gələ bilməməsi olub.