İrkutsk vilayətində Tu-22M3 strateji raketdaşıyıcısı qəzaya uğrayıb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Departamentin bildirdiyinə görə, dörd nəfərdən ibarət ekipaj havaya qalxsa da, pilot eniş zamanı sağ çıxa bilməyib.
Müdafiə Nazirliyi əlavə edib ki, Tu-22M3 yaşayış olmayan ərazidə qəzaya uğrayıb. Yerdə dağıntı yoxdur. İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıq olub.
Bundan əvvəl internetdə qəza yerindən ilk görüntülər yayılıb. Qəzadan sonra baş verən yanğını göstərirlər. Videodan məlum olur ki, yanğının yaxınlığında evlər var.
İrkutsk vilayətinin Usolski rayonunda təyyarə qəzası aprelin 2-də axşam saatlarında məlum olub. Yerli sakinlərin sözlərinə görə, qəza Buret kəndi yaxınlığında baş verib. Şahidlər partlayış səsi eşitdiklərini, daha sonra parlaq bir parıltı və yanğın gördüklərini bildiriblər.