Rusiya hesab edir ki, İranın nüvə proqramı ilə bağlı məsələ hədələrlə deyil, diplomatik yollarla həll edilməlidir.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 4-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
"Biz hesab edirik ki, İranın nüvə dosyesi problemi yalnız siyasi və diplomatik vasitələrlə müzakirə edilməli və həll edilməlidir. Və təbii ki, biz hesab edirik ki, bütün tərəflər burada mütləq təmkinli olmalı və bütün məsələləri müzakirə edərkən xüsusi diqqəti diplomatik səylərə yönəltməlidirlər", - Peskov bildirib.
O əlavə edib ki, İran Rusiya Federasiyasının inkişaf etmiş və çoxşaxəli əlaqələri olan ölkənin yaxşı müttəfiqidir.