ABŞ Konqresi Amerika lideri Donald Trampa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi üçün təzyiq edir.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio “Fox” telekanalının efirində bildirib.
“Biz faktiki olaraq sülhə doğru irəliləmədikcə dayandıra bilməyəcəyimiz sanksiyalar tətbiq etmək üçün artan təzyiqlər olacaq”, - deyə Dövlət Departamentinin rəhbəri əlavə edib ki, Konqres üzvləri artıq yeni anti-Rusiya sanksiyaları tətbiq etmək üçün qanun layihələri təqdim etməyə başlayıblar.
Bundan əvvəl politoloq Dmitri Matyuşenkov bəyan etmişdi ki, Tramp Moskva ilə dialoq imkanlarını saxlamağa çalışır – Ukrayna münaqişəsi üzrə çətin danışıqlar fonunda Amerika liderinin gömrük rüsumlarının artırılması şəklində əlavə fəsadlara ehtiyacı yoxdur.