ANAMA əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.
1xeber.media xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb.
Mehdili kəndi ərazisində 1991-ci il təvəllüdlü Heydər Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.