Milli Məclis Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib.
1xeber.media xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur. Sənəd səsverməyə qoyularaq, bir oxunuşda qəbul edilib.
Daha sonra Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi Milli Məclisdə and içib:
“Bu vəzifəyə seçilməyimlə bağlı Prezident İlham Əliyevə dərin təşəkkürlərimi bildirirəm. Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi vəzifəsini şərəf və vicdanla yerinə yetirəcəyimə, aliliyini qoruyacağıma, məhkəmə məsələlərini müstəqil qərəzsiz, ədalətlə həll edəcəyimə söz verirəm!”
Xatırladaq ki, Xanlar Vəliyev bundan öncə hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.