Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da Avropa liderlərini Kiyevə dəvət edib.
1xeber.media xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Avropa liderlərinin bu tarixdə Kiyevdə görüşü “Moskvada illik hərbi parad fonunda diplomatik güc nümayişinə” çevrilməlidir.
Ukrayna lideri “istəklilər koalisiyası” ilə də görüşmək arzusunu ifadə edib. Zelenski mümkün atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək niyyətindədir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Zelenskinin davamlı olaraq raket istəməsindən danışıb. O əlavə edib ki, insanların raketlərlə təmin olunması ümidi ilə “siz 20 dəfə böyük birinə qarşı müharibəyə başlamazsınız”.