300 bal toplayanlardan biri Ağsu rayonu, İlxıçı kənd orta məktəbinin şagirdi Rəhimova Xədicə Toğrul qızıdır.
1xeber.media xəbər verir ki, məktəbli açıqlamasında bildirib ki, III ixtisas qrupu üzrə hazırlaşır:
“Hüquqşünaslıq ixtisasına qəbul olmağı istəyirəm. Uğurumun sirrini davamlı və hərtərəfli çalışmaqda görürəm, səhvlərdən dərs çıxarıb bilikləri möhkəmləndirmək lazımdır deyə düşünürəm, yanlışlara köklənib mənfi düşünmək yaxşı deyil”.