1xeber.media xəbər verir, aramsız yağışların fəsadları yeni tikili binalardan da yan keçməyib.

Sosial şəbəkələrdə “Saray” MTK-ya məxsus binanın mənzillərindən birinə suyun axdığı ilə bağlı görüntülər yayılıb.

Videoda vətəndaşın MTK-dan yeni aldığı mənzilin tavanından suyun axdığı öz əksini tapıb.

Məlumat üçün bildirək ki, daha əvvəl isə “Bakixanov Residence” yaşayış kompleksində mənzillərdən birinə suyun axdığı ilə bağlı görüntülər yayılıb.

İqtisadiyyat.az