Dünən martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb və 20 nəfər yüksək bal yığıb.
Maraqlıdır, bu nüans qəbul imtahanlarında balların qalxma ehtimalını artırırmı? Bu vəziyyət qəbul prosesinə necə təsir edəcək?
1xeber.media xəbər verir ki,məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elmin Nuri "Ajans.az"a bildirib ki, buraxılış imtahanlarında təqdim olunan suallar asan olduğu üçün yüksək bal toplayanların sayı artdı
‘’2024–2025-ci il üçün bu, rekord həddə çatdı. Bu il isə həmin səviyyədə olmasa da, artım müşahidə olunur. Ötən il hər iki zona üzrə imtahanlardan 53, bu il isə 43 abituriyent maksimal bal toplayıb. Yəni digər intervallarda da göstəricilər ötən illə müqayisədə daha çoxdur. Ötən ilki yumşalma bu il tam şəkildə təkrarlanmayıb. Bu da o deməkdir ki, builki blok imtahanları daha asan olacaq.
Fikrimcə, builki blok imtahanları ötən illə müqayisədə cüzi səviyyədə aşağı olacaq. Üstəlik, ixtisas seçimində rəqabətlilik də az olmayacaq. Ancaq biz keçən ili etalon olaraq götürə bilmərik. Çünki ötən il istisna idi. Buraxılış imtahanlarında çox ciddi yumşalma olmuşdu. Bu isə həm blok imtahanlarına, həm də ixtisas seçimindəki rəqabətliliyə təsir göstərdi. Özümüzü aldatmağın yeri yoxdur’’.
Ekspert vurğulayıb ki, büdcə tərəfindən bütün universitetlərə bəlli plan yerləri ayrılır:
‘’Xatırlatmalıyıq ki, düzgün tənzimləmə üçün imtahanlar arasında çətinlik dərəcəsində fərq qoyulmalıdır. Əks halda, böyük xaosun şahidi olarıq. Düşünməyin ki, hər iki imtahanın asan olması bizim xeyrimizə olacaq. Əksinə, çətin olduqda sevinməliyik. Bunun səbəbləri isə hər kəsə məlumdur’’.