ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton heç kimlə, o cümlədən Rusiya ilə oynamır.
1xeber.media xəbər verir ki, Amerika liderinin çıxışını Fox News yayımlayıb.
"Heç kim mənimlə oynamır, bizim razılığa gəlmək üçün çox yaxşı şansımız var", - Amerika lideri şərh edib.
Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Ukrayna münaqişəsinin sona çatması ilə bağlı dəqiq vaxt çərçivəsini də açıqlamayıb. "Günlərin konkret sayı yoxdur, amma tezliklə. Biz buna nail olmaq istəyirik", - ABŞ prezidenti bildirib.
Bundan əvvəl ABŞ dövlət katibi bəyan etmişdi ki, Ukrayna nizamlanması üzrə müzakirələr əbədi davam edə bilməz. Qısa müddətdə sülhün mümkünsüzlüyü ABŞ-ı irəliləməyə məcbur edəcək, deyə o bildirib.