İran və ABŞ İslam Respublikasına sülhməramlı nüvə enerjisini inkişaf etdirməyə imkan verəcək sazişi nəzərdən keçirir.
1xeber.media xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
“Birləşmiş Ştatlar və İran İranın sanksiyalardan tam azad olmasını və dinc nüvə enerjisini inkişaf etdirmək qabiliyyətini qoruyub saxlayacaq ədalətli <...> sazişin bağlanmasına yönəlmiş müzakirələrinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Oman Xarici İşlər Nazirliyinin bəyan etdiyi kimi, danışıqların növbəti raundu yaxın günlərdə Maskatda baş tutacaq.