Paris heç vaxt Moskvaya qarşı düşmənçilik etməyib.
1xeber.media xəbər verir ki, bu barədə Fransanın Moskvadakı yeni səfiri Nikola de Rivyer “Kommersant”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Fransada heç vaxt Rusiyaya və ruslara qarşı düşmənçilik hissləri olmayıb. O, həmçinin qeyd edib ki, Fransa hakimiyyəti heç vaxt qarşısına Rusiyanı strateji məğlubiyyətə uğratmaq məqsədi qoymayıb.
"Ancaq Fransa hakimiyyəti ilə Fransa vətəndaşlarının böyük əksəriyyəti arasında konsensus var: əgər qonşu ölkə ilə fikir ayrılığı varsa, o zaman onunla döyüşmək və onun ərazisini ilhaq etmək mənasızdır" dedi.
Səfir ərazi bütövlüyü məsələsinin Fransa üçün önəmli olduğunu vurğulayıb.
Daha əvvəl de Rivyer bildirmişdi ki, Ukrayna münaqişəsi ilə bağlı Avropanın iştirakı olmadan qəbul edilən qərar davamlı sülhə gətirib çıxarmayacaq. Onun sözlərinə görə, belə bir nəticə bütün qitənin, o cümlədən Rusiyanın təhlükəsizliyini təhdid edə bilər.