Hindistan bəndlər və kanallar vasitəsilə suyun axmasına nəzarət edən bütün dörd şlüz qapısını bağlayaraq Hind çayının Pakistana doğru axını kəsib.
1xeber.media xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu, 1960-cı ildə Hind Suları Sazişinin imzalanmasından sonra ilk belə blokada halıdır. Daha sonra tərəflər siyasi münaqişələrə baxmayaraq, resursu bölüşdürmək barədə razılığa gəliblər.
Pakistan daha əvvəl bildirmişdi ki, Hindistanın Hind çayından su axını dayandırmaq və ya başqa istiqamətə yönəltmək cəhdini müharibə aktı kimi qiymətləndirəcək.
Aprelin 24-də Pakistanın Hindistana hava məkanını bağladığı və Hindistanın müdafiə, donanma və aviasiya üzrə müşavirlərini personae non-qrata elan etdiyi də məlum olub. Öz növbəsində Yeni Dehli pakistanlılara viza verilməsini dayandıracağını və artıq verilmiş vizaları ləğv edəcəyini açıqlayıb.
Ölkələr arasında münasibətlər aprelin 22-də Hindistanın müttəfiqi olan Cammu və Kəşmir ərazisində törədilən terror aktından sonra pisləşib.