Rusiya prezidenti Vladimir Putinə ölkə sakinlərinin 80,2%-i etimad göstərir.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 25-də Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsİOM) məlumat yayıb.
Araşdırma aprelin 14-dən 20-dək 1600 Rusiya vətəndaşı arasında aparılıb.
“Vladimir Putinə inamla bağlı birbaşa suala cavab olaraq respondentlərin 80,2%-i müsbət cavab verib (həftə ərzində +1,0 faiz bəndi), Mixail Mişustin isə 62,4% (həftə ərzində -0,4 faiz bəndi)”, - VTsIOM saytında bildirilir.