Rusiya prezidenti Vladimir Putinlə Amerika liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında üç saatlıq konstruktiv söhbət olub.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 25-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Bu söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq məsələlərdə Rusiya və ABŞ-ın mövqelərini bir-birinə daha da yaxınlaşdırmağa imkan verdi. Ukrayna böhranının özünə gəlincə, müzakirələr, xüsusən, Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyü ilə bağlı olub", - Uşakov aydınlıq gətirib.
Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Putinlə Vitkoffun bugünkü görüşü nasizmlə mübarizədə Rusiya və ABŞ arasında müttəfiqliyi simvollaşdırır.