İranın Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 28-də Mehr Xəbər Agentliyi məlumat yayıb.
"Hadisə nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb", - məlumatda deyilir.
Dağıntıların təmizlənməsi işlərinin hələ də davam etdiyi və ən azı daha 20 gün çəkəcəyi qeyd edilir.