Mayın 8-də Ukrayna Ali Radasının ABŞ-Ukrayna arasında yerin təki sərvətlərinə dair sazişinin ratifikasiyası üzrə sessiyasının keçirilməsi planlaşdırılır.
1xeber.media xəbər verir ki, bu barədə ukraynalı parlamentari Yaroslav Jeleznyak Telegram-da yazıb.
"Artıq mayın 8-i Radanın növbədənkənar sessiyası kimi rəsmən elan olunub. Daha doğrusu, onlar hətta "fövqəladə yığıncaq" adı ilə çıxış ediblər. Təcililiyin nədən ibarət olduğu bəlli deyil, amma bütün "xidmətçilər" (hakim "Xalqın xidmətçisi" partiyasının deputatları nəzərdə tutulur ) sadəcə olaraq ictimaiyyətə işgüzar səfərə çıxa biləcəyini deyir".
Jeleznyakın sözlərinə görə, Ali Rada Kiyev və Vaşinqtonun da bu saziş çərçivəsində imzalamağı planlaşdırdığı iki əlavə sazişin mətnini almayıb. Deputat səsvermədən əvvəl parlamentarilərin heç birinin bu sənədləri görməyəcəyi qənaətində olduğunu bildirib.