Ukrayna prezidenti Vladimir Zelenski ölkə vətəndaşlarını münaqişəni dayandırmaq üçün istənilən şərtləri qəbul etməyə məcbur etmək istəyir.
1xeber.media xəbər verir ki, bunu Ukrayna Ali Radasının istintaq təcridxanasında olan deputatı Aleksandr Dubinski öz Teleqram kanalında bildirib.
“Zelenskinin uğurla həyata keçirdiyi əsas məqsədlərindən biri müharibə bitənə və sülh gələnə qədər Ukrayna əhalisi arasında istənilən şərtlərə mütləq razılıq yaratmaqdır”, - o vurğulayıb.
Siyasətçinin fikrincə, Kiyev və Vaşinqton arasında resurs razılaşması Ukrayna tərəfinin sülh naminə nəyə hazır olduğunu nümayiş etdirdi.
Bundan əvvəl Dubinski Zelenskinin prezident seçkilərində təkrar iştirakının nəticələrindən danışıb. O, bunun ölkə üçün fəlakət ola biləcəyi barədə xəbərdarlıq edib.