Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsində məcburi köçkünlərin məskunlaşdığı məktəbə atılan atəş nəticəsində azı 20 nəfər həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə mayın 6-da Fələstinin Əl-Əqsa telekanalı məlumat yayıb.
"İsrailin köçkünlərin yaşadığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 20-yə çatıb, onlarla insan yaralanıb", - Əl Əqsa Teleqram kanalı bildirib.
Telekanal həmçinin BMT, insan haqları və humanitar təşkilatları münaqişənin dayandırılması və Qəzza zolağında “canlı qalanların” xilas edilməsi üçün təsirli addımlar atmağa çağırıb.