Belarus prezidenti Aleksandr Lukaşenko müharibənin tezliklə başlama ehtimalını dəyərləndirib və bunun sabah olmayacağını bəyan edib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, Qərb ölkələrinin hakimiyyəti “Böyük Vətən Müharibəsi ilə bağlı yaddaşımızı darmadağın etmək” istəyir.
Lukaşenko uşaqların və gənclərin “ağılları və ürəkləri uğrunda mübarizədə möhkəm dayanmağın” zəruriliyinə işarə etdi. Bundan əlavə, Belarus rəhbəri qeyd edib ki, gənclərlə sistemli iş aparılmalıdır.