Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada bir sıra digər ölkələrin liderləri ilə görüşəcəyini bildirib.
1xeber.media xəbər verir ki, O, bu barədə qurumun “YouTube” kanalında yayımlanan respublika Milli Assambleyasında (parlament) çıxışı zamanı bildirib.
O, Moskvada mümkün ikitərəfli görüşlərə belə cavab verib. "Əlaqələr olacaq, amma bu əlaqələrin nə dərəcədə rəsmiləşəcəyinə əmin deyiləm, çünki qrafik çox sıxdır və biz bu sıx qrafikə uyğun işləməliyik" dedi.
Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş barədə məlumat verməyib.