Sosial şəbəkələrdə özünü Dr.kosmetolog Delya adı ilə reklam edən D.Sətyarlı qanunları heçə sayır
Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən saxta “kosmetoloqlar”ın, lisenziyasız estetik mərkəzlərində sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.
Statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.
1xeber.media AzFakt.com-a istinadla xəbər verir ki, lisenziyasız kosmetoloji fəaliyyət göstərənlərdən biridə sosial şəbəkələrdə özünü Dr.cosmetolog Delya adı ilə reklam edən Dilrubə Sətyarlıdır.
Bildirək ki, bir müddət öncə mətbuatda Dilrubə Sətyarlının lisenziyasız fəaliyyət göstərməsi barədə məlumat dərc edilmişdi.
Ancaq bütün bunlara baxmayaraq hazırda Dilrubə Sətyarlı lisenziyasız fəaliyyəti davam etdirir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.