Ağ Ev Ukraynaya insanları daha fəal şəkildə cəbhəyə göndərməyi tövsiyə edib
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, Kiyev insanların döyüş meydanına göndərilməsində daha fəal olmalıdır. O, bu barədə noyabrın 19-da PBS telekanalına müsahibəsində danışıb.“Söhbət burada canlı qüvvədən gedir və Ukrayna, fikrimizcə, cəbhə xəttində olan qüvvələrin sayı baxımından öz xətlərini gücləndirmək üçün daha çox iş görməlidir.
Söhbət sursatdan və ölkənin milli qüdrətinə, mənəviyyatına təsir edən bütün başqa şeylərdən gedir”.Amerika prezidentinin müşaviri Co Bayden vurğulayıb ki, heç bir silah sistemi təmas xəttində vəziyyəti kökündən dəyişə bilməz, ona görə də digər amillər nəzərə alınmalıdır, Gazeta.Ru əlavə edib.